Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DİN İmişlidə quş əti satışının məhdudlaşdırılması xəbərini təkzib etdi



Newscenter.az.7.03.2021. Sosial şəbəkələrdə İmişli rayonunda polisin qeyri-rəsmi göstərişlə quş əti və digər quşçuluq məhsullarının satışını dayandırması ilə bağlı məlumatlar yayılıb.

DİN Mətbuat Xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, quş qripi ilə əlaqədar rayonda quş əti və digər quşçuluq məhsullarının satışı ilə bağlı məhdudiyyət tətbiq olunmur. Yalnız mənşəyi bilinməyən və dövlət baytarlıq nəzarətindən keçməyən məhsulların nəzərdə tutulmayan yerlərdə satışına icazə verilmir: “Tövsiyə edirik ki, quş əti və digər quşçuluq məhsullarının satışı ilə məşğul olan şəxslər quş qripi xəstəliyi ilə əlaqədar diqqətli və məsuliyyətli olsunlar, mövcud qanunvericiliyin tələblərinə əməl etsinlər”.
Xəbəri paylaş