Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrəvan gömrüyünün anbarından 45 milyon dollarlıq heroin aşkar edilib



Newscenter.az.7.03.2021. Ermənistanda, İrəvan gömrüyü ambarlarına yoxlama baxışı zamanı görünməmiş miqdarda, 365 kq, yəni, 45 milyon dollar dəyərində, heroin narkotik yükü aşkar edilib. Bu narkotik, İrandan Ermənistan-İrəvan yolu ilə Avropaya aparılan 33 yeşik maya-"дрожж" yükünün (özü də, gömrük bəyan prosedurunu keçmiş) içində aşkar edilib.

Faktla cinayət işi başlanıb və artıq 6 nəfər həbs edilib o cümlədən İran, başqa ölkə vətəndaşları.

Ermənistan Milli Təhlükəsizlik Xidməti öz geniş əməliyyat-axtarış tədbirlərini davam etdirir, işin yüksək vəzifəli fiqurantları geniş dairəsini aşkar etmə məqsədli. Güman edilir ki, bu hadisə uzun müddət İrandan Qərbi Avropaya, Ermənistan və İrəvan üzərundın narkotik daşınmasının növbəti cəhdidir, İran-Ermənistan-mütəşəkkil cinayətkar dəstə işidir. Və bu işin arxasında, Ermənistanın əvvəlki, Sarkisyan hakimiyyəti rəsmiləri dayanır. Yəqin, Paşinyan, Qərb bu faktı əldən buraxmaz!

Aydın olur ki, (və bu məlumatlar, şübhələr illərlə tam mövcud olub, mən də dəfələrlə yazmışam), Ermənistan on illiklərlə İranla iş birliyində, onun Avropaya narkotika daşınma tranzit ölkəsi olub.

Fikrimcə, işğalda olan Füzuli, Cəbrayıl, Zəngilan kimi Ìranla həmsərhəd rayonlarda da bu cinayət halları qurulub. Əfqanıstandan gələn narkotika xammalın Ìrana və oradan isə çox rahat, həmin sərhəd rayonlarımıza keçirdilməsi ilə. Nəzarətə yatmayan bu ərazilərdə narkotikin saflaşdırılma və sonradan Ermənistan, Gürcüstanla Avropaya və Rusiyaya nəqli həyata keçirilib. Eynilə, həmin rayonlarda narkotik bitkilərin plantasiya, əkilmə və həm, istehsal məsələləri də, gündəmdə olub. DQ-n Ağdərə (Mardakert) rayon Zardexac kəndi, Sərsəng su anbarı s. zonası tiryək tarlaları olub.
Belə düşünürəm ki, erməni işğalçıların Qarabağ ərazimizdə tõrətdikləti beynəlxalq narkocinayət əməllərinin üstünə düşüb tam ifşa etmək lazım olacaq. Bu, onlara işğalçı ziyankar niyyətlərinin, cinayətkar mahiyyətlərinin açılıb, faktlaşdırılma yolu ilə, bõyük zərbə olar, beynəlxalq miqyasda.

ilqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş