Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəkidə baş vermiş güclü yanğın söndürüldü



Newscenter.az.7.03.2021. Şəki rayonunda baş vermiş yanğın söndürülüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, alov 10 hektar ərazini əhatə edib.

Qeyd edək ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin ərazisindən keçən hissəsindəki kolluq ərazilərdə baş verib. Hadisə ilə əlaqədar avtomobillərin hərəkətində çətinlik yaranıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

Yanğının baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəki Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib və yanğın söndürülüb.
Xəbəri paylaş