Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: "Hər səhərimiz şəhid və qazi ailələrinə minnətdarlıqla açılmalıdır"



Newscenter.az.7.03.2021. Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix boyu o, özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Milli-əxlaqi dəyərlərimiz, mədəni-tarixi irsimiz və xalq adət-ənənələri xəzinəmiz məhz dilimizin saflığı keşiyində şərəflə dayanan nənələrin, anaların sayəsində mürəkkəb dövrlərin təqib və sınaqlarına qalib gələrək, bu günədək yaşamaqdadır.

Bu gün inkişaf edən, yeni-yeni uğulara imza atan respublikamızın qazandığı nailiyyətlərdə qadınların fəfakar əməyi, misilsiz xidmətləri xüsusi yer tutur. Azərbaycan xanımları bu gün yeni əhval-ruhiyyə ilə, əzmkarlıqla ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında daha da fəal olmağa və yeni yüksəlişlərin təmin edilməsinə töhfələrini verməyə qadirdirlər.

Qadınlar bizim dünyamızı daha parlaq, daha gözəl, daha xeyirxah edirlər. Onlar ailə ocağını qayğı ilə qoruyur, evdə rahatlıq və ülviyyət yaradırlar.
Azərbaycan Qadınlarının ən əziz günü olan 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara qarşıdan gələn bahar hərarətil xoş həyat, möhkəm cansağlığı, ailə səadəti və daha yeni uğurlar arzulayıram.

Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğundakı xidmətləri də şərəf və qürur mənbəyidir.
2021-ci il həyatımıza yeni əlamətdar hadisə ilə daxil oldu, əzəli doğma torpaqlarımız erməni faşizmindən azad edildi, Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Bu il 8 Martı bütün qadınlarımız, Qarabağdakı doğma ocaqlarından ayrı düşmüş igid və mərd Analarımız, Bacılarımız da sevinclə, vüqarla qeyd edirlər.

Azərbaycan qadını tarix boyu müqəddəs Ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Qarabağ savaşında şəhid olan bacılarımızla qürur duyur, Allahdan rəhmət diləyirəm.

Torpaqlarımızın azad edilməsində canından keçmiş qəhrəman şəhidlərimizin, qazilərimizin Anaları, Bacılarının qarşısında baş əyir, sonsuz minnətdarlığımı bildirirəm. Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı ifadə edirəm.
Bayramınız mübarək, əziz qadınlar!

Vaqif Abdullayev-sabiq millət vəkili, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş