Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Virusa yoluxmada artma mərhələsinin qarşısını ala bilməsələr Çexiyanın vəziyyətinə düşə bilərik



Newscenter.az.7.03.2021. "Test sayı ilə götürdükdə bu gün üçün Azərbaycanda yoluxma hər 100 nəfərə 5 nəfər təşkil edir. 10 gün əvvəl bu rəqəm yarıbayarı az idi. Dinamika üzü yuxarıdır. Növbəti artma mərhələsinin qarşısını ala bilməsələr Çexiyanın vəziyyətinə düşə bilərik".

Newscenter.az xəbər verir ki, bu fikirləri Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov səsləndirib. O, bildirib ki, Şərqi Avropanın ən yaxşı səhiyyə və sosial təminat sistemi olan ölkələrindən birində-Çexiyada (əhalisi Azərbaycan qədər) rəsmi qeydə alınınan yoxuxanlar əhalinin 13%-nə yaxındır (bizdə təxminən 2,5%-dir, amma bizdə test sayı dəfələrlə azadır) və bu dünyada ən yüksək göstəricidir. Məsələn ABŞ-da hələ 10 %-lik həddə çatmayıblar:

"Qlobal səviyyədə vaksinasiya uğursuz alındı. Dünya üzrə ilk dozanı qəbul edənlər 4%-ə çatmayıb. Azərbaycanda da həmçinin. O deməkdir ki, bu sürətlə vaksinasiya kütləvi immunitetin yaranmasına gətiməyəcək. Çünki əhalinin 20-25% vaksinasiya olunan vaxt ilk vaksinasiya olunanların yenidən vaksinasiyaya ehtiyacı olacaq. Vəkasinlər isə yeni mutasiyalara o qədər də effektiv təsir etmir".

Mehman
Xəbəri paylaş