Newscenter.az.8.03.2021. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Şəhidim, onlar bizə əmanətdirlər” adlı aksiya keçirib.
Newscenter.az-a daxil olan xəbərə görə, aksiyanın keçirilməsində məqsəd Vətən müharibəsində yüksək şücaət göstərərək torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçmiş şəhidlərimizin analarına bir daha təşəkkür etmək, onların daim dövlətin və YAP-ın diqqəti mərkəzində olduğuna əmin etməkdir.
Şəhid anaları ilə görüşlər zamanı YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və başqaları qeyd ediblər ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza şanlı Qarabağ Zəfərini bəxş etdi. Bildirilib ki, Vətən torpaqlarının azadlığı uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi əbədi olaraq yaşayacaq və daim uca tutulacaq.
Şəhid ailələri də öz növbələrində dövlət və partiya tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.
Ruhiyyə