Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA-da türkiyəli nazirlə görüş keçirilib



Newscenter.az.9.03.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

Bu barədə Newscenter.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, görüşdə qardaş ölkədən gələn nümayəndə heyətinin ölkəmizdəki baytarlıq laboratoriyaları, heyvandarlıq təsərrüfatları, heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə tanışlığı, həmçinin heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub. Hər iki ölkənin mütəxəssisləri tərəfindən Türkiyə Respublikasının Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, nümayəndə heyəti 9-17 mart 2021-ci il tarixlərində ölkəmizdə işgüzar səfərdə olacaq.
Xəbəri paylaş