Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir qaziyə yüksək vəzifə verildi



Newscenter.az.9.03.2021. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanına etdiyi dəyişiklikdən sonra Yerli icra hakimiyyətlərində 07 yanvar tarixində yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə yeni təyinat olub.

Newscenter.az Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə Həsənov İlqar Mikayıl oğlu şöbə müdiri təyin olunub. Həsənənov İlqar 15 oktyabr 1977-ci ildə Neftçala rayonu Xıllı qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 27 sentyabr 2020-ci il tarixindən başlanılan Vətən Müharibəsində ehtiyatda olan tağım komandiri kimi iştirak edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalıyla təltif olunub.

Anar
Xəbəri paylaş