Newscenter.az.9.03.2021. Bu gün saat 18.00-da Ermənistanda baş nazir, silahlı qoşunlar ali baş komandanı Paşinyanla, silahlı qoşunların baş qərargah rəisi Qasparyan arasında 2 həftə davam edən ifrat sərt çəkişmə Paşinyanın xeyrinə bitdi. Azı, hüquqi baxımdan.
Fevralın 24-də, Paşinyanın "İskəndər" raketlərin zay olması, məlum bəyanatından və Rusiyanın bu biabırçı bəyanata ağrılı, sərt reaksiyadından sonra, dərhal, Rusiyapərəst 5-ci kolon mahiyyət daşıyan baş qərargah, Paşinyana qarşı etirazla çıxış etdi. Həm, həmin raketlərin döyüş imkanlı olması, həm də, Konstitusiyaya tamam sidd 41 general imzası ilə Paşinyana istefa bəyanatı ilə.
Paşinyan da, baş qərargah rəisi Qasparyanı, öz ali baş komandan səlahiyyətlərindən yararlanıb istefaya göndərmə əmri verdi. Ancaq ki, onların konstitusiyasına əsasən, sərəncam prezidentin tərəfindən son söz deyilməklə təsdiqlənməli idi. Prezident A. Sarkisyan isə, Paşinyanla hərbinin, daha doğrusu Rusiya ilə Qərbin arasında sıxıntı, tərəddüdə qalıb, əvvəlcə bu işə imza atmaqdan vaz keçdi ki bu sərəncam konstitusiyaya uyğun gəlmir və onu geri qaytardı. Paşinyan isə inadla sənədi təsdiq etməsi üçün prezidentə göndərdi.
Belə bir haldasa, Konstitusiya üzrə, prezident, 5 gün vaxt ərzində ya sərəncamı təsdiq etməli, ya da, onu Konstitusiya Məhkəməsinə göndərməli idi, baxılması üçün. Əks halda, istefanın təsdiqi sayılır. Həmin müddət isə bu gün saat 18.00-da başa çatdı və prezident, dolayısı yolla və faktiki istefanı təsdiq etdi. Beləliklə Qaspayan artıq öz baş qərargah rəisi vəzifəsini itirmiş hesab edilir.
Qeyd edim ki, bu həmin hərbi müxalifətdir ki, bu iki il hakimiyyəti dövrü heç vaxt Paşinyana tabe olmayıb. Və bu, həmin hərbi, ordu müxalifətidir ki, ötən ilin iyulunda, Ermənistandan kənar əmr, düymə basılması ilə Tovuz istiqamətində bizim Azərbaycana qarşı təxribat törətdi, bu regionun müdhiş işğalı planlnda rol oynadı. Və Qərbin də təsiri ilə Paşinyanın bu cəhdə razılıq verməməsi həmin müdhiş savaş qarşısını aldı. Bu səbəblə, Paşinyan, baş qərargah, ordu, hərbi müxalifətin faktiki tabe olduğu, o, düymə basanın qəzəbinə düçar oldu. Və bununla, hədəf artıq Azərbaycan üzərindən keçib, Paşinyan Ermənistanı üzərinə kökləndi, cəzalandırma niyyətli. Sonrası məlum.
İndi, Ermənistandakı siyasi, hərbi "5-ci kolonun" bundan sonra iki yolu qalır. Ya ölkədə qarışıqlıq, xaos yaradıb, ordunu işə salıb çevriliş etmək, ya da N. Paşinyanı hansısa yolla aradan götürmək və bununla da, hakimiyyətə sahiblənmək. Bu da ki, asan deyil. Paşinyan arxasında, xalqın böyük və aktiv əksəriyyəti var, hansı ki, Rusiya birliyini, təsiri sferasını qəti qəbul etmir. Paşinyanın həm parlament çoxluğu dəstəyi var, hansı ki, erməni konstitusiyası ilə güclu, həlledici səlahiyyətlidir. Və hüquq-mühafizə orqanları var. Qərbin siyasi, maddi və xüsusi xidmət, kəşfiyyat və sair güclü dəstəyi var. Ermənistan artıq, bu 30 ildə tamam gördüyünü-gördü, Rusiyanın Qarabağ avantüra, oyunundan, Qarabağa da yox deyir, xilas istəyir.
Bizim Azərbaycana elə bir təsiri yoxdur, erməni daxili ziddiyyətlərin, qoy öz cəzalarını çəksinlər. Azərbaycan öz, sabit və haqlı yolu ilə irəli gedir.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri