Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neftçalada Vətən müharibəsi qazisinə vəzifə verildi



Newscenter.az.9.03.2021. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanına etdiyi dəyişiklikdən sonra Yerli icra hakimiyyətlərində 07 yanvar tarixində yaradılan Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə yeni təyinat olub.

Newscenter.az Neftçala Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə İsmayılov Şəkəralı Füzuli oğlu böyük məsləhətçi təyin olunub. İsmayılov Şəkəralı 12 iyun 1992-ci ildə Neftçala şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. 27 sentyabr 2020-ci il tarixindən başlanılan Vətən Müharibəsində iştirak edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medallarıyla təltif olunub. Bu vəzifəyə qədər İsmayılov Şəkəralı Neftçala Suvarma Sistemləri İdarəsində mühəndis- hidrotexnik işləyib.

Anar
Xəbəri paylaş