Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

23 kafe və restoranda nöqsanlar aşkarlandı



Newscenter.az.10.03.2021. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Newscenter.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində martın 9-da ölkə üzrə 338 ictimai iaşə obyektində 581 monitorinq keçirilib.

Monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail rayonu‎, Kiçik qala 15 ünvanında yerləşən, fiziki şəxs Məmmədli Məzahir Fərman oğluna məxsus “Qəbələ” restoranı;

2. Bakı şəhəri, Nərimanov ‎‎rayonu‎, Fətəli xan Xoyski 121 ünvanında yerləşən, fiziki şəxs Demirtaş Talata məxsus kafe;

3. Bakı şəhəri, Xətai ‎‎‎rayonu‎, M.Hadi ev.76 ünvanında yerləşən, Nurəddin Behbudov İbiş oğluna məxsus Dənizçi kafe;

4. Bakı şəhəri, Xətai‎ rayonu‎ 2944-cü küç. ev.4m blok 1 ünvanında yerləşən, fiziki şəxs Manaf Heydərov Teymur oğluna məxsus çayxana;

5. Bakı şəhəri, Suraxanı ‎ rayonu‎, İlqar Əhlimanov ünvanında yerləşən, fiziki şəxs Məhəmməd Cəlilov Yasin oğluna məxsus kafe;

6. Bakı şəhəri, Nizami rayonu, Məhsəti küç 51 ünvanında yerləşən, fiziki şəxs Əliyev Tuncay Səməd oğluna məxsus “Provan” pub;

7. Bakı şəhəri, Yasamal ‎‎‎rayonu‎, Ağayev ev 547-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Kərimov Şahin Saleh oğluna məxsus kafe;

8. Bakı şəhəri, Xətai ‎rayonu, Sabit Orucov ev1188 ünvanında yerləşən, fiziki şəxs Qurbanov İbrahim İlham oğluna məxsus kafe;

9. Bakı şəhəri, Xətai ‎rayonu, Fəzail Bayramov küçəsində yerləşən, fiziki şəxs Əsgərov Qoşqar Vidadi oğluna məxsus “Tamlı” kafe;

10. Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küç. ev120 ünvanında yerləşən, fiziki şəxs Tərlan Cəfərov Rauf oğluna məxsus “045 Club”

11. Bakı şəhəri, Nəsimi rayonu, Zabitlər parkında yerləşən, fiziki şəxs Muxtar Xəlilov Abdulla oğluna məxsus “Qəbələ xanlar“ kafe;

12. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev 5 ünvanında yerləşən, fiziki şəxs Vüsal Əskərov Mirtahir Oğluna məxsus çayxana;

13. Bakı şəhəri, Binəqədi ‎rayonu, Xəndan 52 C ünvanında yerləşən, fiziki şəxsElməddin Kərimov Ələddin oğluna məxsus “Zirinc” restoranı;

14. Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk Ev.41/47, 1-ci Mərtəbə, Qeyri Yaşayış Sahəsi M.- ünvanında yerləşən, fiziki şəxsAğazadə Rövşən Zahir oğluna məxsus kafe;

15. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Ştq, Ev "Sədərək" TM, Şıxov girişinin sağ tərəfində yerləşən, hüquqi şəxs "Sədərək" Firmasına məxsus “Murad Hotel” tərkibində fəaliyyət göstərən restoran;

16. Şirvan şəhəri, G.Şıxbala küçəsində yerləşən, fiziki şəxs Qurbanov Rövşən Məcid oğluna məxsus çay evi;

17. Şəki şəhəri, M.Müşfiq küçəsində yerləşən, fiziki şəxs Əliyev Fazil Əfqan oğluna məxsus kafe;

18. Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsində yerləşən, fiziki şəxs Qasımov Zaur Rasim oğluna məxsus kafe;

19. Göygöl rayonu, Topalhəsənli kəndində yerləşən, fiziki şəxs Abbasov Anar Qəmbər oğluna məxsus kafe;

20. Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən, fiziki şəxs Həsənov Elmar Aslan oğluna məxsus kafe;

21. Şamaxı rayonu, Əzizbəyov Ev.D 1 Ev 4 m. ünvanında yerləşən, fiziki şəxs Maqsudov İlham Yusif oğluna məxsus “Kafe Delfin”;

22. Göyçay rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən, fiziki şəxs Salmanov Feyzi Alik oğluna məxsus kafe;

23. Ucar rayonu, Oğuz küçəsində yerləşən, fiziki şəxs Şamxal İsmayılov Tahir oğluna məxsus "Dostlar " kafesi.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Orxan
Xəbəri paylaş