Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri müzakirə edilib



Newscenter.az.10.03.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, görüşdə heyvan sağlamlığı və yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri sahəsində birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Daha sonra Respublikanın baş dövlət baytarlıq müfəttişi, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev ölkəmizdəki heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə bağlı təqdimatla çıxış edib. Eləcə də, Agentliyin fəaliyyət istiqamətləri, ölkə ərazisində baytarlıq nəzarəti, mövcud qanunvericiliyin tələbləri və həyata keçirilən layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyətinə ölkəmizdə baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib.

Orxan
Xəbəri paylaş