Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlqar Altay yazır: Feminizm



Newscenter.az.10.03.2021. Feminizmi bəyənmirəm... diqqətə də almıram. İnsan, xüsusilə də kişi cinsi gərək həyatda hər şeyə, hər hadisəyə vacib hazır olsun. Gördüyü, rast gəldiyi istənilən fərqli, əcaib təzahürü tam adiliyə çevirsin şüurunda və heyrətli qalmasın, hissini, ruhunu, emosiyasını ona oğurlatmasın. Hər cür insan olur 7 milyardın içində, birisi səy, birisi ağıllı, birisi tam örtülü, o birisi isə tam lüt. İnsan yaranışı milyard genetik kombinasiyanın bir nəticəsidi, hər cürdür, bəyənmirsən, baxma.

Məncə, güclü kişi feminizmdən elə dərəcədə qıcıqlanmamalıdlr. Qadındır, fərddir birisi kişi liderliyində görür azadlığını, digəri isə, özü-öz liderliyində. Dünya rəngarəngdir.. Birisi elədir, digəri belə. Kişi də bir fərddir, ona xoş gələni qəbul etsin, gəlməyəni xoşluqla kəssin, atsın fikrindən, yaxud, həyatından, məcbur deyil ki! Feminizm, əslində zəif insanların ekstra hiss, hərəkətlə özünütəsdiq yığınıdlr. Sənsə ən azı normal psixoloji dayanıqlı gücdəsənsə, və öz yaxın, doğmalarının da, həmin mühit təsirinə düşməmə güvənliyindəsənsə, onlarla nə işin? Əgər sənə toxunmur, ictimai qayda pozmursa.

Feminizm ictimai cərəyanlardan birisidir, baş qoşduqca şiddəti artır. İlk əvvəl, sadəcə qadın azadlıq və ictimai bərabərliyi, özünü müdafiə birliyi kimi yaranmış. Sonralar, həmin azadlıq, bərabərlik baş tutanda feminizm öz mənasını itirdikcə formatını dəyişib. Və artıq, kişilərdən müdafiədən, kişilərə qarşı aqressiya köklənib. Və ya psixoloji addiction təsir məkanı, normal cəmiyyətdən bezib, fərqli mühit bulma, yaxud da, fərqlənmə, diqqət cəlb etmə və s. toplum tipinə çevrilib, ilkin formatdan deqradasiyaya uğramaqla. Bizim Bakıdakı formasısa, əsasən fərqlənmə, cəmiyyətin diqqətini cəlb etməkdir.
Bunun da ən yaxşı cavabı: diqqət yetirməmək! Diqqət üçün yaranan, diqqətsizlikdə sönür-ölür. İstənilən formazona nəzər yetirmə, tez düzəlir. Bir vaxt, 70-ci illərdə Bakıda "xippi"lər cərəyanı vardı, saçı uzun, fərqli yeriş, geyim və davranış. Əvvəl, insanlar qıcıqlandı və adiləşdi, itdi getdi.
Vacib odur ki, feminizm adı ilə dövlət qanunu, ictimai qayda, digərlərinin hüququ pozulmasın və zəhərli ideyalar yayılmasın. Bu halda dövlət cəzası və içtimai qınaq olur təbii ki. Yoxsa sırf qadın hüququ harayındadırsa, buna nə basqı?

Mənasız, ruh pozucu dartışmalar səviyyəsinə enməmək lazımdır, xüsusilə də, istənilən zərif bəndə ilə qüvvətli cinsin borcudur, güzəştlilik. Məncə, əsil güclü kişi, ən xoşa gəlməyən belə qadına, zərif və kövrək cins kimi, heç olmasa, baş qoşmamaq dərəcə hörmətlə yanaşmalıdır.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin sədri
Xəbəri paylaş