Doktoranturaya qəbulda ilk imtahandan keçən çağırışçılara üç aylıq möhlət veriləcək
Tarix: 11-03-2021, 19:09
Newscenter.az.11.03.2021. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara hərbi xidmətdən üç ay möhlət veriləcək.