Newscenter.az.12.03.2021. Milli Məclisdə ölkə əhalisi üçün bir xeyli vacib, müsbət, mütərəqqi yenilik, dəyişikliklər qəbulu müzakirə edilir. Təklifləri “İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva 2020-ci il üzrə məruzəsində irəli sürüb. Təkliflərin əhali üçün, xüsusi vacib hesab etdilənləri bunlardır:
• Uşağın anadan olmasına görə ailələrə ödənilən müavinətlərin məbləği artırılsın - (hazırda bu 200 manat təşkil edir)... Yəqin ki, xeyli artım olar, bu, çox vacibdir.
• Uşağın saxlanılması üçün təyin edilmiş alimentin ödənilməsi üçün Aliment Fondu yaradılsın... Yəni, xüsusi hal, ehtiyac yaransa uşağın saxlanılması, baxılması üçün ödənişlər həmin xüsusi fonddan ödənilir.
• Şəxsin ölkədən çıxışına məhdudiyyət yalnız məhkəmə qərarı ilə qoyulsun və bu barədə müvafiq şəxsin əlaqə vasitələrinə xəbərdarlıq bildirişi göndərilsin... Bu da, problem yaradırdı, insanlar əlində bilet, ölkədən çıxış zamanı, bir də şoka düşürdü, haqqında qadağa "stop" var. Və yeni qaydaya görə "stopu" hər orqan deyil, yalnız məhkəmə, araşdırdıqdan sonra qoyur.
• Baş örtüyündə pasport şəkli çəkdirilməsinə icazə verilsin... Bu qadağa da mənasız idi, hər insanı identifikasiya etmək üçün üz cizgilərini görmək bəs edir, saçın, qulağın görünməsi elə əhəmiyyət daşımır. Türkiyədə şəkil hicablıdır.
• Hərbçilərə kirayə, ərzaq, nəqliyyat və sair pul, habelə yaşayış yeri olmayan hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün aylıq yardım artırılması... Əladır, ordu üçün nə artım olarsa, hamısı vətənin qorunması üçündür.
• Məhbuslara video zənglərə danışığa icazə... Məhbusun yaxın, doğmalarının onu görməyə gəlməsi zəhməti və yol xərcinə ehtiyac olmur və ümumiyyətlə, mənəvi tərəfdən yaxşı haldır.
• Məhbusların ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirakının təmin edilməsi üzrə mexanizm hazırlansın... Düzgün addım olar bu. Məhbus həbsi onun islah, tərbiyəsi məqsədlidir. İslah, tərbiyənin də əsas yolu, oxumaq, təhsildir.
• Dövlət qəbul komissiyası tərəfindən istismar icazəsi olmayan, dövlət reyestrində qeydiyyata alınmayan binalarda mənzil satılması qadağa olunur... Bu da binatikənlırin dələduzluq, fırıldaq imkanını və sakinlərin aldadılmasını əngəlləyir.
• Ailə başçısını itirməyə görə və bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinətlərin məbləği artırılsın... Yaxşı olardı ki, bu 1 yox 14 yaşınadək uşaqlı kasıb ailələrə tətbiq olunardı. Aztəminatlılara dəfn üçün vəsait də var təkıifdə.
Göründüyü kimi, təkliflər xeyli qədır mütərəqqi xarakterli və çoxsaylıdır. Bu da, ölkə əhalıslinin rahatlıq və rifahı üçün bir irəliləyişdir. İnanaq ki, bu hələ başlanğıcdır, getdikcə dövlətimiz xalqa doğru daha çox tədbirlər, qərarlar qəbul edəcək.
Hesab edirəm, əhali üçün ən əsası, iş yerlərinin açılması və sahibkarlığa maneəsiz şəraitdir. Ki, camaat işlək hala gəlsin, oyanıb açılışsın, qurub yaratsın, qazansın, özünü də dolandlrsın, dövlət vergisini də ödəsin. Belə yardımlara ehtiyacları da olmasın. Məmur maneçiliyinə son qoyulsun.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri