Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ordusunun təlimləri hər zaman erməniləri ciddi şəkildə narahat edib



Newscenter.az.13.03.2021. Azərbaycan Ordusunun təlimləri hər zaman erməniləri ciddi şəkildə narahat edib. Bu, 44 günlük müharibədən qabaqda belə idi, indi də davam edir. Hazırda ermənilər yeni müharibə qorxusu ilə yaşayırlar. Martın 15-dən 18-dək 10 min canlı qüvvənin iştirakı ilə, yüzlərlə hərbi texnika, aviasiya və PUA-lardan istifadə edilməsi şərtilə keçirilməsi planlaşdırılan anti-terror təlimləri düşmən ölkədə böyük xof və həyəcan yaradıb. Ermənistan KİV-lərində Azərbaycan Ordusunun antiterror əməliyyatı keçirməyə hazırlaşdığı barədə fikirlər səsləndirilir. Ermənistan müxalifətinin nümayəndələri və politoloqlar bu cür proqnozlar irəli sürməklə erməni cəmiyyətini təşviş altında saxlamağa çalışırlar.

Lakin əsl həqiqətdə isə Azərbaycan Ordusu bu günlərdə hər hansı bir antiterror əməliyyatına hazırlaşmır. Sözügedən iki günlük qış təlimləri ənənəvi təlimlərdir. Azərbaycan Ordusu yay və qış dönəmlərində həmişə bu cür təlimlər keçirib. Odur ki, Ermənistan rəhbərliyinin və siyasilərinin bu təlimlərlə əlaqədar yersiz həyəcanlanmalarına, isterik duruma düşmələrinə ehtiyac yoxdur. Azərbaycan qalib ölkədir, təlim keçirmək üçün məğlub ölkənin arzu və istəklərini nəzərə alası deyil ki. Biz Ordumuzun müdafiə qabiliyyətini və döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün davamlı olaraq müxtəlif çaplı hərbi təlimlər keçirmək ixtiyarına malikik.

Əgər Ermənistan hərbi-siyasi rəhbərliyi və revanşist qüvvələr Azərbaycan Ordusunun Qarabağın dağlıq bölgələrində antiterror əməliyyatı keçirməsini istəmirsə, o zaman yeni müharibəyə hazırlaşdığımızı iddia edib isterika yaratmaq əvəzinə, buyursunlar 10 noyabr Bəyanatının şərtlərinə əməl etsinlər, Ermənistan ordusunun həmin Bəyanatdan sonra Azərbaycan ərazisini tərk etməyən silahlılarını və terrorçuları ərazilərimizdən təmizləsinlər. Bu elə də çətin məsələ deyil. Ermənistan hökuməti istəsə, bu məsələni çox qısa müddətdə çözə bilər.

Həmçinin, yeni müharibənin və ya antiteror əməliyyatının başlanmaması üçün sülhməramlılar da mühüm rol oynaya bilər. Zatən sülhməramlıların əsas işi də elə budur. Rusiya sülhməramlıları elə etməlidir ki, erməni silahlıları və terrorçuları Dağlıq Qarabağ ərazilərini tezliklə tərk etsinlər. Bu Rusiyanın öz maraqlarına da uyğundur.

Əlisahib Hüseynov-Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş