Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın Türkiyə ilə birgə hərbi təlimlərinin sayını artırması doğru strategiyadır



Newscenter.az.13.03.2021. "Azərbaycanın müharibədən sonra təkbaşına və Türkiyə ilə birgə hərbi təlimlərinin sayını artırması doğru strategiyadır".

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, bu Ermənistanı məcbur edir ki, onun da ordusu buna hansısa formada reksiya versin, hərbi təlimə maliyyə ayırsın, məhdud hərbi sursatlarını istifadə etsin və s:

"Müharibədən əvvəl erməni rəsmilər və generallar özlərindən razı halda deyirdilər ki, Ermənistanın hərbi büdcəsi Azərbaycanın hərbi büdcəsindən az olsa da, guya keyfiyyətdə üstündürlər. Gördük Ermənistan ordusunun “keyfiyyətini”. İndi ermənilər özləri də başa düşürlər ki, onlara yalan danışıblar, orduda keyfiyyətdən danışmağa dəyməz".

Politoloq hesab edir ki, belə olan halda Ermənistanın ordu rəhbərliyi hərbi təlimlər məsələsində Azərbaycan ordusu ilə ayaqlaşmağa çalışmalıdır, əks halda erməni cəmiyyəti hakimiyyətdən “Azərbaycan ordusu az qala hər ay təlim keçirir, bəs bizim ordu niyə keçirmir, sabah yenə müharibə başlasa nə edəcəyik?” sualını ünvanlayacaq:

"Ermənistan hakimiyyəti və ordu rəhbərliyi bu sualdan canlarını qurtarmaq məqsədilə gözə kül üfürmək üçün bir neçə minlik hərbçinin kağız üzərində “təlimini” keçirmək məcburiyyətindədirlər".

Mehman
Xəbəri paylaş