Newscenter.az.14.03.2021. Səbail Rayon Məhkəməsində özünü videobloger kimi təqdim edən Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Məhkəmə təqdimatı təmin edib.
A.Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətininin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. Mediada onun hədə-qorxu ilə tələb etmədə şübhəli bilinərək saxlanıldığı barədə məlumatlar yayılıb.