Azərbaycanda vaksin olunanların sayı 450 mini keçib
Tarix: 14-03-2021, 16:44
Newscenter.az.14.03.2021. Ötən gün Azərbaycan Respublikasında 5 942 nəfər yeni koronavirus (COVID-19) infeksiyasına qarşı vaksinasiya olunub.
Newscenter.az xəbər verir ki, hazırkı dövrədək ölkəmizdə 453 586 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam edir.