İlham Əliyev ATƏT sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Tarix: 14-03-2021, 21:45
Newscenter.az.14.03.2021. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Newscenter.az xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevlə ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin təkbətək görüşü olub.
Sonra görüş geniş tərkibdə davam etdirilib.