Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda 376 yeni yoluxma faktı qeydə alındı



Newscenter.az.15.03.2021. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 240 671 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 231 061 nəfər müalicə olunaraq sağalıb, 3 286 nəfər vəfat edib, aktiv xəstə sayı 6 324-dır.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 891, bu günə qədər isə ümumilikdə 2 716 017 test icra olunub.
Xəbəri paylaş