Ermənistanın müharibədə həlak olan daha 96 hərbçisinin adları açıqlandı
Tarix: 15-03-2021, 21:36
Newscenter.az.15.03.2021. Ermənistan ikinci Qarabağ müharibəsində həlak olmuş hərbçilərinin növbəti siyahısını açıqlayıb.
Bu barədə Newscenter.az Ermənistan mətbuatına istinadən xəbər verir.
Siyahıda 96 hərbçinin adları yer alıb. Qeyd edək ki, müharibənin sona çatmasından 4 ay keçməsinə baxmayaraq, Ermənistanın Müdafiə Nazirliyi hələ də ikinci Qarabağ müharibəsində həlak olmuş hərbçilərinin sayını gizlədir. Yalnız Səhiyyə Nazirliyi 3 600-yə yaxın meyitin ekspertizadan keçirildiyini açıqlayıb. Yerli hərbi ekspertlər bunun Paşinyan hakimiyyətinin müharibənin uğursuzluqlarını ört-basdır etməsi ilə əlaqələndirir, müharibədə ölən hərbçilərin sayının 5 000-dən çox olduğunu bildirirlər.
Anar TAGIYEV