Raket və artilleriya bölmələri təlim meydanlarına çıxarılıb-VIDEO
Tarix: 15-03-2021, 17:00
Newscenter.az.15.03.2021. Müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əməliyyat-taktiki təlimlərin niyyətinə uyğun olaraq daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən raket və artilleriya bölmələri təyin edilmiş marşrutlarla hərəkət edir.