Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Könül Nurullayeva AŞPA-nın komitə iclasında bir sıra təkliflərlə çıxış edib



Newscenter.az.16.03.2021. "AŞPA-nın “Bərabərlik və Qeyri-diskriminasiya” komitəsi və “Gender Bərabərliyi” sub-komitəsinin növbəti onlayn iclası baş tutub".

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı AŞPA-dakı Azərbaycan nümayəndəliyinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva verib. Deputat bildirib ki, tədbirin budəfəki gündəliyinə qadınların siyasi qərarvermədə, sülh prosesində rolunun artırılması, qadın və uşaqlara qarşı zorakılıq hallarının həll yolları, cəmiyyətlərdə sosial qeyri-bərabərliklərin aradan qaldırılması kimi məsələlər daxil edilib:

"Mən də sonuncu mövzu üzrə fikirlərimi komitənin diqqətinə yazılı şəkildə çatdırdım, sosial əsaslar üzərində yaşanan qeyri-bərabərlik hallarının aradan qaldırılması üçün icra mexanizminin gücləndirilməsi, BƏT ilə sıx əməkdaşlığın inkişafı, cəmiyyətin müxtəlif təbəqələri və ictimai fəallar tərəfindən maarifləndirmə kampaniyasının həyata keçirilməsi müstəvisində təkliflərimi irəli sürdüm".

Ruhiyyə
Xəbəri paylaş