Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Kərimli hələ də 44 günlük şanlı Vətən müharibəsini gözdən salmağa davam edir



Newscenter.az.16.03.2021. "Əli Kərimli hələ də 44 günlük şanlı Vətən müharibəsini gözdən salmağa və Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşmağa davam edir. Necə deyərlər, hər zamankı xain xisləti bu dəfə də özünü ən qabarıq formada göstərməkdədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquqşünas Əli İbrahimov səsləndirib. O, qeyd edib ki, AXCP sədri müharibə günlərində Azərbaycan Ordusunun torpaqlarımızı sürətlə işğaldan azad etməsinin şokunu yaşadı:

"Heç nə danışmadı, 44 gün ərzində susdu. Çünki vaxtilə özünün də bulunduğu siyasi hakimiyyətin Ermənistana uduzduğu torpaqların nə vaxtsa azad ediləcyini nəinki düşünürdü, heç təsəvvür də etmirdi. Müharibə zəfərlə bitdi və yavaş-yavaş Əli Kərimli də şokdan ayılaraq ənənəvi hikkəsi ilə danışmağa başladı".

Hüquqşünas deyib ki, illərdir Qarabağ kartından Azərbaycan iqtidarına qarşı əsassız istifadə etməyə çalışırdı, Azərbaycanı müharibəyə başlamamaqda, hətta müharibədən qorxmaqda ittiham edirdi:

"Beləcə, 30 il keçdi, Qarabağ azadlığa qovuşdu, Əli Kərimli isə hələ də öz xislətinin girovluğundadır. Onun budəfəki hikkəsinə məhz dövlət başçısının “Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb” sözlərini dəfələrlə təkrarlaması səbəb olub. Nədənsə, bu ifadə Əli Kərimlini yaman qıcıqlandırır. İddia edir ki, münaqişə bitməyib. Görünür, adam bölgədəki prosesi və Prezident İlham Əliyevin bununla bağlı qəti mövqeyini gözardı edir. Prezident İlham Əliyev bu vaxta qədər nə deyirdi, hamısını edib. Deyirdi ki, biz nəyin bahasına olur-olsun, torpaqlarımızı işğaldan azad edəcəyik və etdik. İndi də dövlət başçısı deyir ki, Qarabağ münaqişəsi tarixdə qalıb, deməli belədir. Müəyyən məsələlər isə zamanla öz həllini tapacaq!".

NEWSCENTER.AZ
Xəbəri paylaş