Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda güclü külək əsəcək, rayonlara qar yağacaq



Newscenter.az.17.03.2021. Martın 18-də günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında qısamüddətli şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah gündüzdən 19-u gündüzədək əsasən şimal və qərb rayonlarında arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Xəbəri paylaş