Newscenter.az.18.03.2021. Azərbaycan Texniki Universiteti (AzTU) ilə “CONIM Cert” MMC arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni rektor Vilayət Vəliyev və müəssisənin icraçı direktoru Mehriban Osmanova imzalayıb.
Newscenter.az-a təhsil ocağından bildirilib ki, müqaviləyə əsasən, universitetin müxtəlif fakültələrində təhsil alan tələbələr üçün MMC tərəfindən İSO Beynəlxalq Standartlar seriyasına aid təlimlər keçiriləcək. Eyni zamanda, gənc kadrların müasir əmək bazarının tələblərinə uyğun iş həyatına hazırlanması üçün tələb olunan digər təlimlərin də müəssisə tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
R.Mehdiyeva