Newscenter.az.18.03.2021. Milli Məclisin deputatı Ağalar Vəliyev 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsinin seçicilərinə Novruz Bayramı münasibətilə təbrik ünvanlayıb.
Newscenter.az-a daxil olan təbrikdə qeyd olunur ki, 2020-ci il müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Respublikasının çağdaş tarixinə zəfər ili kimi qızıl hərflərlə yazılıb.
Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə 44 günlik Vətən Müharibəsində böyük qələbə qazanılıb, işğal altında olan torpaqlarımız azad olunub və ölkəmizin ərazi bütövlüyü təmin edilib. Bu möhtəşəm qələbə Azərbaycanın böyük siyasi, diplomatik və hərbi uğurudur.
Xalqımız tərəfindən bu bayram günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad olunur və igid qazilərimizə şəfa dilənir.
Millət vəkili bir daha Vətən Müharibəsində qələbə, eləcə də Novruz Bayramı münasibəti ilə seçicilərinə səmimi təbriklərini və xoş arzularını yetirib.
Deputatın ofisindən daxil olan məlumata əsasən Ağalar Vəliyevin təşəbbüsü ilə bayram münasibətilə xüsusi karantin rejiminin tələbləri nəzərə alınmaqla 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələrindən 1 000-ə yaxın şəhid, qazi, əlil və aztəminatlı ailəyə təbrik açıqcaları ilə birgə bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi onlara bildirilib.
Anar