Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DTX-də işçilərin ştat sayının həddində dəyişiklik edildi



Newscenter.az.18.03.2021. Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının və DTX-nin sisteminə işə götürülən işçilərin ştat sayının həddində dəyişiklik edilib.

Newscenter.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Həmçinin fərmanla DTX-də ali hərbi rütbəli vəzifələrin siyahısında da dəyişiklik olunub.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
Xəbəri paylaş