Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İşğaldan azad edilmiş ərazilərdə əkin həyata keçirilir



Newscenter.az.18.03.2021. Bu gün Cəbrayılın Soltanlı kəndində 27 hektarda mütərəqqi üsulla yem bitkisi əkilir.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.

Onun sözlərinə görə, toxumlar Türkiyədən gətirilib: “Bu toxumlar əsasən dəmyə ərazilərdə əkilir, çox yüksək məhsuldarlıq verir”.

V.Hüseynov qeyd edib ki, bu gün Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli də işğaldan azad edilmiş ərazilərdədir: “Dünən Azərbaycan və Türkiyə aqrar əməkdaşlığa dair Niyyət Bəyannaməsi imzalayıb. Nəzərdə tutulan əsas müddüalardan biri Türkiyənin inkişaf etmiş kənd təsərrüfarı təcrübəsinin Azərbaycanın seçilmiş ərazilərində tətbiq etməkdir. Türkiyə aqrar sahədə inkişaf etmiş dövlətdir”.
Xəbəri paylaş