Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Aqiyə Naxçıvanlı: Şəhid ailələrinə diqqət və qayğı əsas fəaliyyət istiqamətlərindən biridir



Newscenter.az.19.03.2021. 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlının fəaliyyətində yer tutan əsas istiqamətlərdən biri də dairə ərazisində yaşayan şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına hər zaman xüsusi qayğı və diqqətin göstərilməsidir. Bu dəfə də həmin prinsiplərə sadiq qalaraq, millət vəkili Novruz bayramı ərəfəsində öz nümayəndəsini Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarət etməyə göndərmişdir.

Newscenter.az xəbər verir ki, şəhid ailələrinin hər birinə ayrı-ayrılıqda baş çəkən deputat nümayəndəsi onlara Aqiyə Naxçıvanlının salamlarını və təbriklərini çatdırmış, millət vəkilinin tapşırığına əsasən ailələrin qayğı və problemləri ilə ətraflı maraqlanmışdır. Söhbət əsnasında şəhidlərimizin xatirəsinin hər zaman bizim üçün əziz olduğu, onların qəlbimizdə əbədi yaşayacağı vurğulanmışdır.

Bu barədə açıqlama verən Aqiyə Naxçıvanlı qeyd edib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqaməti də məhz şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və onların problemlərinin vaxtında həllinə nail olunmasıdır.
Şəhid ailələrinin yaxınları onlara daim qayğı ilə yanaşan ölkəmizin başçısına minnətdarlıq etmiş, bundan sonra Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşəcəklərini bildirmişlər.

Ruhiyyə
Xəbəri paylaş