Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclərlə iş üzrə İctimai Şura yenidən formalaşdırılacaq



Newscenter.az.19.03.2021. Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şura yenidən formalaşdırılacaq.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Newscenter.az-a verdiyi məlumata görə, bu barədə qərar İctimai Şuranın növbəti iclasında verilib.

İclasda gənclər və idman nazirinin müavini İntiqam Babayev, İctimai Şuranın sədri Nurəddin Mehdiyev və 80-dən çox gənclər təşkilatlarının sədrləri iştirak edib.

Toplantıda ötən dövr ərzində İctimai Şuranın fəaliyyəti barədə danışılıb və “İctimai iştirakçılıq haqqında” Qanunun tələblərinə əsasən onun yenidən formalaşdırılmasının zəruriliyi diqqətə çatdırılıb.

Gənclər təşkilatları haqqında danışılarkən bildirilib ki, bəzilərinin fəaliyyəti elə də qənaətbəxş deyil. Dövlət dəstəyi almaq arzusunda olan hər bir təşkilatın müasir zamanəmizin tələblərinə cavab vermələrinin, daha fəal işləmələrinin önəmi diqqətə çatdırılıb.

Bu məqsədlə gənclər təşkilatları arasındakı sorğu barədə məlumat verilib, bu mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İctimai Şuranın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı qərarların qəbulu prosesində gənclərin qeyri-hökumət təşkilatlarının (ictimai birliklər və fondlar) iştirakını təmin etməkdir.

Sevinc
Xəbəri paylaş