Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəskin leykozdan əziyyət çəkən gənc ataya yardım edək!



Newscenter.az.19.03.2021. Sizinlə Azərbaycan gəncinin qəfil və acil səhhət durumu ilə bağlı məlumat bölüşürük. Çox ümid edirik ki, oxuyub yan keçməyəcək və imkanlarınız daxilində kiçik də olsa, gəncimizə maddi-mənəvi dəstək olmağa çalışacaqsınız.

Keşlə qəsəbəsi Davud Aslan küçəsi mənzil 20A ünvanında yaşayan Quliyev Mehman Akif oğlu hal-hazırda kəskin leykoz xəstəliyindən əziyyət çəkir, sümük iliyi nəqlinə ehtiyacı vardır. Nəzərinizə çatdıraq ki, Mehman Quliyev 28.08.2020-ci il tarixində kəskin ağrılarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Ə.Eyvazov adına Elmi Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutuna kəskin leykoz diaqnozu ilə müalicə olunmaq üçün daxil olmuş, qoyulan diaqnoz təsdiq edilərək müalicəyə başlanılmışdır. Gənc Mehman hal-hazırda xəstəliklə əlaqədar iş qabiliyyətimi itirmişdir. Bildirək ki, xəstəlik öncəsi Mehman fəhlə kimi tikinti-inşaat şirkətlərinin birində çalışırdı. 1 yaş 8 aylığında qız və yenicə dünyaya gəlmiş oğlan övladı var. Həyat yoldaşı evdar qadındır. Ahıl nənəsi isə Mehmanın himayəsində yaşayır. Hal-hazırda müalicəsini davam etdirmək və müalicəsi ilə bağlı bankdan götürdüyü 7000 manat dəyərində ödənişi geri qaytarmaq imkanı yoxdur.

Mərhəmətli Azərbaycan vətəndaşları, hamı kimi Mehmanın da arzu-xəyalları, körpələrinin isə onlara hələ uzun müddət dayaq olacaq, daima sevgi və nəvaziş göstərəcək ataya ehtiyacları vardır. Ən kiçik məbləğ belə, Mehmanın həyatını dəyişə bilər. Sizdən köməyinizi əsirgəməməyi və gəncimizin yenidən ayağa qalxmasında kiçik də olsa, yardım olmanızı xahiş edirik.

Əlaqə nömrəsi – 051 816 74 48 (Mehmanın anası)

Bank detalları:

KAPITAL BANK – 4169 7385 6501 2550 (MilliÖn və digər ödəmə portallarında ödəmə etmək mümkündür).

Xəbəri paylaş