Newscenter.az.19.03.2021. “YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə Novruz sovqatlarının paylanılmasına başlanılıb.
Newscenter.az-a daxil olan xəbərə görə, sosial təşəbbüs “Gilan Tekstil Park” MMC, “Bakcell”, “Nar”, “Sinteks” MMC, “World Telecom”, “Slavyanka”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Rabitəbank”, “Bank of Baku”, “Turanbank”, "Fairmont Bakı" Oteli, “OVEN” və “Özsüt” şirkətlərinin dəstəyi ilə reallaşdırılır.
Layihə çərçivəsində tərəfdaş təşkilatların dəstəyi ilə hazırlanmış və bayram sovqatlarından ibarət qutuların şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə çatdırılması nəzərdə tutulur.
Məqsəd müvafiq kateqoriyadan olan şəxslərin daima, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzində saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.
“YAŞAT" Fondu şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin müraciətlərini diqqət mərkəzində saxlayır, onların müxtəlif ehtiyaclarının qarşılanması üzrə işləri davam etdirir.
Sevinc