Newscenter.az.21.03.2021. Milli Məclisin deputatı Könül Nurullayeva Novruz bayramı ərəfəsində Nizami rayonu ərazisində yaşayan və həssas qrupdan olan seçicilərlə görüşlərini davam etdirir. Millət vəkili bu dəfə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımız və qazilərimizin evində olub, onların ailə üzvlərilə görüşüb, problem və qayğılarını dinləyib.
Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özü facebook səhifəsində məlumat verib. Deputat bizlərə, Azərbaycan xalqına bu sevinci yaşadan qəhrəmanlarımızdan daim qürur quyacağımızı qeyd edib:
"Novruz bayramı ərəfəsində ziyarətlərimizi davam etdirərək, bu gün də şəhid olmuş qəhrəman oğullarımızın və qazilərimizin ailələrini ziyarət etdik, şəhidlərimizin ruhunu doğmaları ilə birlikdə andıq, onların igidlik hekayələrini əzizlərinin dilindən bir daha dinlədik. Şəhid analarının acısı - bizim acımızdır, qürurumuz və şərəfimizdir. Bizə bu tarixi bayram gününü yaşadan bütün şəhidlərimizin uca ruhu qarşısında bir daha baş əyirik!"
Deputat Könül Nurullayeva bildirib ki, eyni zamanda, Nizami rayonu üzrə aztəminatlı ailələrə və həssas qrupa daxil olan, fiziki məhdudiyyətli sakinlərə də baş çəkib, onlara bayram təbriklərini çatdırıb: "Əziz həmvətənlərim və dəyərli seçicilərim, Bayramınız bir daha mübarək olsun!".
Ruhiyyə