Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətimiz nankorlarla çox ağıllı, doğru siyasət qurdu



Newscenter.az.21.03.2021. 44 günlük Vətən Müharibəsindən sonrakı bütün prosesləri izləyib analiz etdikdə, 2 əsas məsələ:

-Qarabağın qalan, Xankəndi hissəsinin siyasi və iqtisadi üsullarla tədricən ana Azərbaycana qatılması və
-Ermənilərin biabırçı məğlubiyyətini, aldıqları ağır, faciəvi zərbəni Ermənistana həzm etdirib, yerlərinə otuzdurma prosesi uğurla davam edir.

Son günlər bu ətrafda baş verən 2 vacib hadisə də bunun təsdiqidir. Rusiya qazının Azərbaycan üzərindən Ermənistana, təmirlə əlaqədar olaraq müvəqqəti nəql ediləcək. Gürcüstan üzərindən Ermənistana gedən qaz xətti təmirə dayanıbdır, Rusiya Azərbaycana xahişlə, ödənişlə müqavilə bağlayıb və Azərbaycan üzərindən Ermənistana ötürüləcək. Digər məsələ isə budur ki, Laçındakı “Güləbird” SES-də təmir işləri aparılıb və oradan elektrik enerjisi Şuşaya nəql edilir. Və oradan da Xankənd və ətraf bölgəyə də, enerji paylanacaq.

Nədir, bu proseslərin Azərbaycana vacib xeyri?

1. Azərbaycan üzərindən Ermənistana qaz nəqli təbii ki, Ermənistanı bizdən asılı duruma salır və həm də həyati dərəcədə, qazın ölkə üçün, həyati vacib olduğunu nəzərə alsaq. Ermənilər üçünsə, bu ağır zərbədir, həm, enerji asılılığında qalmaq, həm də, düşmən sayıb, yenicə şapalaq aldıqları millətdən, ölkədən mənəvi gözü kölgəli qalmaq. Mən hətta, belə də düşünürəm ki, Azərbaycanın üzərindən qaz nəqli həmişəlik ola bilir. Bəlkə də bu Moskvanın tədbiridir, ermənilərin son dövrdə Zəngəzur dəhlizinə razılıq verməmələrinə qarşı, bu asılılıqla onları razı, ayağa gətirmə məqsədli.

2. Xankəndi bölgəsi də, həyati vacib bir, elektrik enerjisi məsələsində ana Azərbaycandan asılı duruma düşür. Bunun hələ qarşıda qazı, rabitəsi və yolları, digər təminat resursları var. Rusiya nə vaxtadək özündən daşıyacaq? Hiss olunur, artıq bezib bunlardan, başından etmək istəyir, tədrici öncə təminatlarını, sonra inzibati idarəçiliyi bizə ötürməklə. Xüsusən də, Ermənistan Paşinyanın üzərində dayanıb, Rusiyaya yox, ABŞ, Avropaya hə, deyəndən sonra. Aralarında xeyli ədavət var.

3. Bununla dünyaya da sübut olunur ki, erməni dünyaya yalan danışıb ki, Azərbaycan bizi qırır, düşməndir, onun tərkibində yaşaya bilmərik və bizə status lazımdır. Azərbaycan prezidenti də dəfələrlə, konfliktin bitməsi və əməkdaşlıq elan edəndən, Azərbaycan kommunikasiyaları, qazı, elektrik enerjisini açandan sonra, bunlar dünya qarşısinda ifşa olunurlar ki, nahaqdan o zaman bəhanə uydurub separatizm avantürası ediblər.

Bizim dövlətimiz çox agıllı doğru siyasət qurdu bu nankorlarla. Əvvəl savaşda xeyli əzdi, indidə qanı qurumamış, yarası sağalmamış kontaktlar, kommunikasiya, iqtisadi əlaqələrə məcbur edir. Ağır və çətin haldır, belə tarixi ədavətçilər üçün. Hər halda, regiondakı sülh, əməkdaşlıq, iqtisadi və loqistik inkişaf, Azərbaycanın tam xeyrinədir.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş