Newscenter.az.21.03.2021. Bu, bir qədər həm qəfləti və həm, xeyli qədər də pozitiv xəbərdir bizim üçün.. Üzərində dayanaq.
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün bəyanatla, bölgədəki düşmən əhval-ruhiyyəsinə son qoyulmasının və Azərbaycanla əlaqələrinin bərpa olunmasının vacib, zəruriliyini vurğulayıb.
Onun sözlərinə görə, tərəflər arasındakı neqativ münasibət problemi tezliklə həll olunmayacaq:
“Ancaq biz, çalışmağımızla davam etməliyik və problemin həlli üçün əsas metodlardan biri, indi regional kommunikasiya və yolların açılmasıdır. Əgər, kimsə desə, bu, yalnız Azərbaycana və ya yalnız Ermənistana xeyir edir - buna inanmayın. Bu, regiondakı tam bütün ölkələr üçün xeyirlidir. Azərbaycan Naxçıvanla kommunikasiya imkanı əldə etməlidir, biz isə Rusiya və İranla dəmir yol imkanı. Bu o deməkdir ki ölkəmizin iqtisadiyyatı əhəmiyyətli dırəcədə dəyişəcək, düşmənçiliyisə, dayandıracaq”.
Azərbaycanın prezidenti İlham Əliyev, müharibə bitən bu 4 ayda dəfələrlə və son dəfə də, martın 14-də çıxışında bəyan edib ki, münaqişə bitmiş, Bakı hər iki ölkə arasındakı kommunikasiyaların və dəhlizlərin açılmasına hazırdır. Paşinyan son 2 ayda isə, Azərbaycan-Naxcıvan arası dəhlizin açılmasını mübahisələndirib, razılıq vermirdi və maraqlıdır ki, müşahidəmizə görə, bu mübahisə də ermənilərlə Azərbaycan yox, Rusiya arasında gedirdi. Nədən ibarət idi, aradakı bu, mübahisə?
Paşinyan tərəf Naxcıvana Zəngəzur dəhlizi yox, yalnız yolu nəzərdə tuturdu. 10 noyabr, 3 tərəflı razılaşmasını əsas götürürdülər ki, orada dəhliz söhbəti yoxdur, yalnız yol, gediş-gəliş qeydi var. Rusiya isə, dəhliz tələb edirdi və bunun üçün də 10 noyabr bəyanatından başqa, tamam, ayrıca bir müqavilə bağlanmasını istəyirdi. Niyə, fərqi nədir, yol ilə dəhlizin? Paşinyan yol dedikdə, tək quru və dəmir yol xəttini nəzərdə tutur, Putin isə dəhliz dedikdə, içində daha xeyli müxtəlif geniş çeşidli rabitə, qaz-neft və s keçən ərazi nəzərdə tutur böyük enli, təxminən bütün Mehri zonasını əhatə edən. Və bunun üçündə Rusiya sərhəd və başqa növ qoşunlarının da nəzarəti, yerləşməsi üçün hərbi baza və uzun illər müddətli müqavilə tələb edirdi. Paşinyan isə, bundan ehtiyat edirdi və dəfələrlə qeyd edirdi ki, biz gərək, Naxclvana kommunikasiyanı belə açaq ki, suverenliyimizə qəsd olunmasın. Ona görə, son dövrlər rusların Gümridəki hərbi bazasının bir hissəsinin Mehri, Zəngəzur tərəfə köçürülmə söhbətləri atılmışdı ortaya. Putin niyə təkid etsin bunda? Bu, qalsın başqa zaman söhbətinin, təhlilinin mövzusuna.
Təbii ki, bu, son dövr proseslərin müşahidəsi və analizindən doğan təxmini bir ehtimaldır. Və bu günsə artıq Paşinyan qəflətən, Naxcıvan dəhlizi ya, yolu açılmasını qətiyyət, ürəklə bəyan edirsə, demək, bu ara hansısa bir yola gəliblər Putin ilə. Və burada mütləq, Paşinyan hakimiyyətinə arxa durub təmin edən ABŞ-ın, Qərbin razılığı da olar.
Hər halda, nə olur-olsun, kommunikasiya, yollar açılsın, bizim Azərbaycana bu lazımdlr. İqtisadi tərəfdəndə çox, siyasi əhəmiyyət kəsb edir bizə. Çünki Ermənistanın dövlət rəhbəri səviyyəsində açıqca, Azərbaycanla kommunikasiya, loqistika və iqtisadi açılışımina çağırış, Ermənistanın da, bu indiki məğlub durum şərtləri ilə barışmasıdır və özü də, Dağlıq Qarabağa status-filan söhbəti kənara (bağışlayın "gorbagora") qoyulmaqla. Bu bir qaydadır, məntiqdir, səni vurub, əzib qovanla barışıb əməkdaşlığa gedirsənsə demək ki, haqlı imiş o qovan. Məhz buna görə idi ki neçə illərdə Azərbaycana qüdrətli ölkələrdən gələn təkliflərə ki: Ermənistanla barış, kommunikasiyaları aç və neft-qaz boru kəmərləri Ermənistan ərazisindən çəkilsin, sonrası yaxşı sülh olar, prezident İlham Əliyev ən çətin anlarda belə, inadla buna razılıq vermədi. Niyə? Çünki, bu artıq, işğalla, Qarabağı itirməklə razılaşmaq demək idi. Bu gün isə artıq Ermənistan tərəfi, ABŞ, Avropa, Rusiyanın təkidi və məsləhəti ilə, Azərbaycanla bu vacib açılıma, əməkdaşlığa getdi, demək, qovulmasilə barışdı!
Qarşıda hələ, çox proses, mənzərələrin açılması şahidi olacağıq, Azərbaycanın tarixi hərbi-siyasi qələbəsinin real nəticələrini ortaya çıxaran, bizə qürur verib, düşmən tərəfi başı aşağı edən! Ona görə, Allah Vətən Müharibəsi şəhidlərimizə qəni rəhmət eləsin, şəhid valideyn - ailələrinin başını uca etsin, qazilərimizə can sağlığı versin, dövlət siyasətini yürüdənlərəsə, çox böyük təşəkkürlər!
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri