Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Voleybol Konfederasiyasından Azərbaycana etimad



Newscenter.az.22.03.2021.
Avropa Voleybol Konfederasiyası Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, həmyerlimiz Türkiyədə Burhan Felek Voleybol Salonunda qadın voleybolçular arasında “Yeşilyurt” (Türkiyə) - “Alba” (Rumıniya) klublarının ikinci final qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Çelenc kuboku uğrunda görüş martın 24-də baş tutacaq.

Qeyd edək ki, görüşün hakimləri italiyalı Vaqni İlaria və həmyerlimiz Konstantin Selindir.

Sevinc
Xəbəri paylaş