Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Könül Nurullayeva “Konya 2021 - 5-ci İslam Həmrəyliyi Oyunları”na hazırlıq görüşündə iştirak edib



Newscenter.az.22.03.2021. Milli Məclisin deputatı Könül Nurullayeva İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə komitəsinin üzvü qismində Türkiyə Təşkilat Komitəsi və İHİF Koordinasiya Komitəsinin birgə keçirdiyi “Konya 2021 - 5-ci İslam Həmrəyliyi Oyunları”na hazırlıq görüşündə iştirak edib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili özünün facebook səhifəsində verib.

Bildirib ki, görüşdə pandemiya ilə əlaqədar olaraq, Konyada keçiriləcək 2021-ci İslam Həmrəylik Oyunlarının hazırlıqları ilə bağlı son durum nəzərdən keçirilib:

"İştirakını təsdiqləmiş ölkə və əlavə olunacaq idman siyahıları ilə tanış olduq, yazılı materiallar, maarifləndirmə-təbliğat və logistik məsələlər üzərində xeyli iş apardıq. Görüşdə mən də oyunlara hazırlıqlar prosesi ilə bağlı müvafiq təkliflərimi irəli sürdüm".

Ruhiyyə

Xəbəri paylaş