Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mərkəzi Asiyanın türkdilli dövlətləri Türkiyə ilə hərbi ittifaqı gücləndirməyə qərar veriblər



Newscenter.az.22.03.2021
. Azərbaycanın ardınca Mərkəzi Asiyanın türkdilli dövlətləri də Türkiyə ilə hərbi ittifaqı gücləndirməyə qərar veriblər. Doğru qərardır. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi haqqında” qanunu imzalayıb. Saziş hələ 2018-ci ilin sentyabrın 13-də imzalanıb. Sənədin əsas məqsədi Qazaxıstan və Türkiyə arasında bərabərlik və qarşılıqlı fayda prinsiplərinə əsaslanan uzunmüddətli hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsidir. İki ölkə arasındakı qarşılıqlı münasibətlər hərbi təlim və təhsil, birgə təlimlər, müdafiə sənayesi, sülhməramlı əməliyyatlar, hərbi, elmi və texniki tədqiqatlar və bir sıra digər sahələr kimi hərbi əməkdaşlıq istiqamətlərini ehtiva edir. Bundan iki gün əvvəl isə Özbəkistan prezidenti Şövkət Mirziyeyev də ölkəsinin Türkiyə ilə imzaladığı hərbi-maliyyə sazişini təsdiq edib. Türkiyənin müdafiə naziri Hulusi Akar ötən il Özbəkistana səfəri zamanı iki ölkə arasındakı hərbi əməkdaşllığın inkişaf etidirlməsi məsələlərini müzakirə etmişdi. Türkiyə Azərbaycanın timsalında olduğu kimi Özbəkistan gəncləri üçün də hərbi akademiyalarının qapılarını açacaq.

Ermənistan və Rusiyadakı bəlli dairələr buna görə haray-həşir salıblar ki, Türkiyə “Turan ordusu” yaradır. Adını nə qoyurlar qoysunlar, Türkiyə Azərbaycan başqa olmaqla türkdilli ölkələrlə siyasi, iqtisadi və hərbi inteqrasiyanı gücləndirmək istəyir. Bu istək qarşılıqlıdır. Çünki, Azərbaycan, Qazaxıstan və Özbəkistan Türkiyənin hərbi dəstəyi sayəsində imperialist dairələrin təxribatlarından özlərini qorumaq istəyirlər. Bunun üçün isə ciddi əsas var. Rusiya prezidenti “kim bizimlə deyilsə, bizə qarşıdır” deyirsə, türkdilli dövlətlərin Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirməkdən başqa alternativi yoxdur. Bunu Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi qələbə də sübut edir.

Elxan Şahinoğlu-"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
Xəbəri paylaş