Newscenter.az.22.03.2021. Novruz bayramı münasibəti ilə Beyləqan Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşları Vətən Müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərini ziyarət edib.
Newscenter.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, polis əməkdaşları bayram münasibətilə şəhid ailələrini təbrik ediblər, onlara bayram sovqatları təqdim olunub.\
Ziyarət zamanı şəhidlərimizin şücaəti və mərdliyi xatırlanıb, qəhrəmanlarımızın heç vaxt unudulmayacağı və daima yaddaşlarda yaşayacığı qeyd olunub.
Görüşlərdə şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Mehman