Bakıda 25 yaşlı gənc bıçaqlandı
Tarix: 23-03-2021, 23:43
Newscenter.az.23.03.2021. Bakıda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü Allahverdiyev Qəhrəman Əhliman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qolun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.