Bu il Azərbaycan 11 min tona yaxın qarğıdalı idxal edib
Tarix: 23-03-2021, 16:21
Newscenter.az.23.03.2021. Bu ilin yanvar-fevral aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 10 762 ton qarğıdalı idxal edib.
Newscenter.az-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə qarğıdalının dəyəri 3 173 min ABŞ dolları təşkil edib.
Hesabat dövründə qarğıdalının idxalı ölkənin ümumi idxalındakı payı 0,20 % olub.