Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DOST Mərkəzinin əməkdaşları şəhid ailələrinə və tənha ahıl şəxslərə baş çəkiblər



Newscenter.az.23.03.2021. Novruz bayramı ərəfəsində 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları və "Könüllü DOST"lar Vətən Müharibəsində şəhid olmuş şəxslərin ailələrinə və tənha ahıl şəxslərə baş çəkiblər.

Newscenter.az xəbər verir ki, əməkdaşlar ziyarət etdikləri ailələrin bayramını təbrik edib, onların problemləri ilə maraqlanıblar. Dövlətimizin şəhid ailələri və tənha şəxslərin sosial müdafiəsinə yönəlmiş dəstək tədbirləri barədə məlumat verilib.

Ziyarət edilənlərə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, o cümlədən, DOST Agentliyi, onların ehtiyaclarının qarşılanması üçün dövlət dəstəyi tədbirləri çərçivəsində istənilən köməyi göstərməyə hazırdır.

Sevinc
Xəbəri paylaş