Newscenter.az.23.03.2021.[b][/b] Qaxda iki bacı koronavirusun qurbanı olub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Qax şəhər sakinləri - Elmira Vahidova və İlahə Vahidova COVID-19-dan dünyasını dəyişib. Qeyd edək ki, Elmira Vahidova 63 yaşında, İlahə Vahidova isə 48 yaşında koronavirusun qurbanı olublar.
Hər iki bacı Qax Rayon Uşaq İncəsənət Məktəbində müəllim işləyiblər.
Xatırladaq ki, Qax Rayon Uşaq İncəsənət Məktəbinin digər müəllimi Nizami Abduxalıqov da dünən koronavirusdan vəfat edib.