Salyanda ana və qızı koronavirusun qurbanı oldu
Tarix: 23-03-2021, 21:17
Newscenter.az.23.03.2021.[b][/b] Salyanda ana və övladı koronavirus infeksiyasından vəfat ediblər.
“Report”un Aran bürosunun məlumatına görə, Salyan şəhəri Aşıq Pənah küçəsinin sakini Əliyeva Ədilə Paşa qızı və qızı Aybəniz bu gün COVID-19-dan dünyasını dəyişib.
Qeyd edək ki, Ə.Əliyeva uzun müddət Salyan şəhər 7 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib.