Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Könül Nurullayeva BMT Qadın təşkilatlarının birgə keçirdiyi parlament görüşündə iştirak edib-FOTOLAR



Newscenter.az.24.03.2021. Milli Məclisin deputatı Könül Nurullayeva Parlamentlərarası Birlik və BMT Qadın təşkilatlarının birgə keçirdiyi Qadınların Statusu haqqında komissiyasının ???????? illiyinə həsr edilmiş parlament görüşündə iştirak edib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü facebook səhifəsində verib. Deputat bildirib ki, tədbirin gündəliyinə qadınlara qarşı zorakılığın aradan qaldırılması, qadınların siyasi və ictimai həyatda və qərarvermədə rolunun artırılması, pandemiya dövründə aparılan ardıcıl iş və bu istiqamətdə parlamentdə gender bərabərliyinin və qadın hüquqlarının qorunması kimi önəmli məsələlər daxil edilib:

"Mən də Azərbaycanlı millət vəkili olaraq, tədbir zamanı parlament və siyasi qərarvermədə qadınların rolu mövzusunda fikirlərimi və Azərbaycan təcrübəsini auditoriya ilə bölüşdüm, VI çağırış Milli Məclisində qadınların rolunun güclənməsindən, aparıcı siyasi vəzifələrə yeni qadın təyinatlarından və pandemiya dövründə bu müstəvidə görülən prioritet istiqamətlərdən söz açdım".

Ruhiyyə
Xəbəri paylaş