Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Etibar Əliyev yazır: Unudulmuş pandemiya və COVİD-19



Newscenter.az.25.03.2021
. “1918-ci ilin qripi milyonlarla insanın həyatına son qoydu, lakin cəmiyyət onu unutdu. Bu hal COVİD-19 –da da baş verəcəkmi?” S. Herşberqer

Dünyaca məşhur “V mire nauki” jurnalının sonuncu sayında “Unudulmuş pandemiya” başlıqlı maraqlı məqaləyə rast gəldim. Həmin məqalədən: “1924-cü ildə “Britanika ensiklopediya”sının 2 cildlik əlavəsi çap olundu. Lakin 1.300 səhifəlik kitablarda iki ərzində 50-100 milyon insanın həyatına son qoyan qrip pandemiyası haqqında bir cümləyə belə rast gəlinmədi. Bir çox tarix dərsliklərində 1918-1919 -cu ilin qrip pandemiyasını Birinci Dünya Müharibəsindən söz düşəndə yada salırlar. İndi artıq 1918-ci ilin qripi ölüm səviyyəsinə, iqtisadi fəsadlara, maskadan istifadənin effektivliyi və sosial məsafənin saxlanılmasına görə indiki pandemiya ilə müaqayisə olunur. ” Məqalə müəllifi məsələni belə qoyur: “Təkrar olunan pandemiya və unudulan pandemiya bizə təlqin edir ki, kollektiv yaddaş yenidən öyrənilsin. Bunun özü belə bir fikir yürütməyə əsas verir ki, gələcək nəsil indiki pandemiyanı necə qavrayacaq?

Kollektiv yaddaş nədir?

Kollektiv yaddaşı ilk dəfə XX əsrin əvvəllərində Moris Xalbvaks öyrənmişdi. Paradiqma son dövrlər bütün sosial elmlərdə böyük maraq kəsb edir. Ölkələr, siyasi partiyalar, dini icmalar, idman azarkeşləri öz kollektiv keçmişlərini vahid tarixə müncər edirlər ki, bu da insan icmalarının identikliyini gücləndirir. Məsələn, bu fenomenin tədqiqatçıları Vaşinqton universitetinin professorları Ridger və C. Verç öz kolleqaları ilə birgə amerikanlardan və ruslardan 2-ci Dünya müharibəsinin 10 mühüm hadisəsinin adını çəkməyi xahiş etmişlər. Amerikanlar əsasən Perl-Xarbora hücumu,Yaponiyaya atom bombasınının atılmasını, 11 sentyabr teraktını və s. hadisələrin adını çəkmişlər. Rusların əksəriyyəti Stalinqrad döyüşünün, Kursk döyüşünün və Leninqradın blokadasının adını çəkmişlər. Tədqiqataçılar belə qənaətə gəlmişlər ki, hər bir ölkənin əhalisi ən çox o hadisələri intensiv olaraq yada salırlar ki, hadisələrdə xalqın keçmişi haqqında xatirələr daha çox cəmlənib. Gəlinən qənaət budur: kollektiv yaddaşda süjetin başlanğıcı, ortası və sonu daha dəqiq yadda saxlanılır.

Məqalədə daha sonra yazılır: “Birinci Dünya müharibəsində iştirak edən ölkələr üçün bu qlobal konflikt ardıcıl hadisələrdən ibarət olub, xeyli qəhrəmanlar və casuslar, qələbə və məğlubiyyətləri özündə birləşdirir. Ancaq bəşəriyyət üçün görsənməyən bir düşmən - 1918-ci ilin qripində vəziyyət fərqlidir. Onun haradan gəldiyi bilinmədi, bir neçə dalğa ilə hücum etdi, sağlam insanları öldürdü və birdən yoxa çıxdı və indi də qeyri/müəyyən kimi qalır. Həkimlər xəcalət çəkdilər. Bu həmin dövrdə tibbin çöküşünə səbəb oldu.”

Göründüyü kimi insanlar müharibələrdəki təlafatları daha çox yaddaşda saxlayırlar, nəinki gözəgörünməz düşməni.

Bəs COVİD-19 kollektiv yaddaşda necə qalacaq? Vaşinqton Universitetinin mütəxəssisləri hesab edirlər ki, fotoqrafiya COVİD-19 haqqında kollektiv yaddaşı gücləndirir. “Bizim görmə yaddaşımız sözlərin və abstarkt ideyaların yadda saxlanılmasından daha güclüdür.” Ridgerə görə geniş yaylmış obrazlar kollektiv yaddaşın güclənməsinə səbəb ola bilər. Tarixdə belə nümunələr çoxdur: 11 sentyabrda əkiz binalara vurulan zərbələr, faşist düşərgələrində insanlara verilən işgəncələr, bizim nümunədə ermənilərin Xocalıdakı vəhşiliklərinin fotoları və çəkilişləri kollektiv yaddaşda daha cox qalıb.

Çox keçməz ki, COVİD-19 haqqında romanlar yazılacaq, filmlər çəkiləcək. Filmlər “Oskar” alacaq, Bədi əsərlərə “Buker” və Nobel veriləcək. Prosesi izləyən alimlərdən birinin də fikri maraqlıdır: “İndi anlayırıq ki, bu dəfə epidemiyanın təsiri daha güclü olduğundan Dünya 1918-ci ildə milyonlara insanın həyatına son qoyan İspan qripini yada salmadı.”

Kollektiv yaddaş üzrə mütəxəssislərlə bir məsələdə razılaşmaq olmur. İndi xəstəliyin gedişatının fotoları qorxu sindromunu gücləndirə bilər. Əgər XX əsrin əvvələrində yalnız bir alət –fotoaparat var idisə, indi hamının çəkmək və göstərmək imkanı var. Lakin buna baxmayaraq paradiqma dəyişmir. Görmə kollekiv yaddaşı gücləndirir. Sadəcə bunun rasional yollarını aramaq lazımdır.

Etibar Əliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş