Newscenter.az.25.03.2021. “İşğaldan azad edilən ərazilərdə elə yerlər var ki, ermənilər orada hər kvadratmetrdə 10-dan çox mina basdırıblar”.
Newscenter.az xəbər verir ki, bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev martın 25-də keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, məcburi köçkünlərin tez bir zamanda evlərinə qayıtması üçün ilk şərtlərdən biri həmin ərazilərin mümkün qədər qısa vaxtda minalardan təmizlənməsidir.
“Minalar Əleyhinə Azərbaycan Kompaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib ki, Qarabağ münaqişəsi dövründə Azərbaycanda 3 000-ə yaxın vətəndaş minaya düşüb: "Onlardan 525 nəfəri həlak olub. Vətən müharibəsi dövründə minaya düşənlərlə bağlı rəqəm hələ məlum deyil, çünki bu məsələ hələ də araşdırılır. Minalanmış xəritələrin verilməsi mülki vətəndaşların bədbəxt hadisələrindən vaxtında qorunmasına şərait yaradacaq”.