Newscenter.az.25.03.2021. Mütəmadi vətəndaş qəbulları keçirən millət vəkili Könül Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinləri, eləcə də Azərbaycanın müxtəlif ərazilərində yaşayan vətəndaşlardan Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu həyata keçirib.
Newscenter.az-a Deputat qərargahından verilən məlumata görə, son həftə ərzində, ümumilikdə, 82 vətəndaşın birbaşa, telefon və sosial şəbəkələr üzərindən ümumi müraciətləri daxil olmuş, 17 nəfər canlı, 3 nəfər isə onlayn şəkildə keçirilən vətəndaş qəbulu zamanı dinlənilib.
K. Nurullayevanın rəsmi sosial media hesablarına əsasən, məşğulluq, maddi yardım, sosial təminat və torpaq-əmlak məsələləri qəbul iştirakçılarını ən çox narahat edən problemlər sırasında qiymətləndirilib, vətəndaşların həftəlik müraciətləri qeydiyyata götürülmüş, qısa bir zamanda aidiyyatı üzrə müvafiq qurumlara ünvanlandırılıb.
Ruhiyyə